Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 13:56

İdman jurnalisti Rafiq Sədrəddinov vəfat edib



Sentyabrın 11-də Azərbaycanın idman jurnalisti Rafiq Sədrəddinov vəfat edib

Mətbuat Şurasının məlumatına görə, Rafiq Sədrəddinov 1945-ci il avqustun 14-də Şəki şəhərində doğulub. Jurnalistikada ilk iş yeri 1969-cu ildə “Kimyaçı” qəzetinin məsul katibi vəzifəsi olub. Bir il sonra “Kommunist Sumqaita” qəzetinə ədəbi işçi vəzifəsinə qəbul olunub, sonra redaktor kimi fəaliyyət göstərib. Müxtəlif illərdə sovet dövrünün məşhur yerli mətbu orqanlarında - “İdman”, «Bakinskiy raboçiy» qəzetlərində çalışıb, habelə Moskvada çıxan “Sovetski sport”, “Qudok” kimi məşhur nəşrlərin Azərbaycan üzrə xüsusi müxbiri işləyib.

Jurnalist 1987-ci ildə SovİKP MK-nın orqanı olan “Pravda” qəzetinin Azərbaycan bölməsinə baş müfəttiş təyin edilib. 1990-cı ildən “Tərəqqi” qəzetinin redaktoru, 1992-ci ildən “Mir futbola” qəzetinin redaktor müavini, 1999-cu ildən isə “Naş vek” qəzetinin baş redaktor müavini kimi fəaliyyət göstərib. Son illərdə isə “Kaspi” qəzetində çalışıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG