Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:20

ATƏT PA seçkilərə müşahidəçilər göndərir


-
ATƏT-in Parlament Assambleyası (ATƏT PA) Azərbaycanda keçiriləcək prezident seçkisini izləmək üçün qısamüddətli müşahidə missiyası göndərmək barədə qərar qəbul edib.

Bu barədə ATƏT PA-dan Trend-ə bildirilib.

Müşahidə missiyası seçkilərə bir neçə gün qalmış ölkəyə gələcək.

Missiyasının tərkibi hələlik məlum deyil.

Müşahidə missiyasına ATƏT PA Bürosundan da müşahidəçilərin qoşulacağı bildirilib.

ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara Fransanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Mişel Vuasini təşkilatın qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru təyin edib.

Heyət məlum olduqdan sonra, ATƏT PA sədri Ranko Krivokapiç təşkilatın nümayəndə heyətinin rəhbərini təyin edəcək.

Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.
XS
SM
MD
LG