Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:23

Azərbaycan filmi Müsəlman Festivalının qalibi oldu


IX Kazan Beynəlxalq Müsəlman Film Festivalı
IX Kazan Beynəlxalq Müsəlman Film Festivalı
-
Azərbaycan filmi IX Kazan Beynəlxalq Müsəlman Film Festivalının «Ən yaxşı qısametrajlı sənədli film» nominasiyasının qalibi olub.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, sentyabrın 11-də Tatarıstan Respublikasının Kazan şəhərində 2005-ci ildən başlayaraq hər il ənənəvi olaraq keçirilən Kazan Beynəlxalq Müsəlman Film Festivalının bağlanış mərasimi olub.

Bu il festivala 27 ölkədən qatılmış 450 filmdən seçilən 50 bədii, sənədli və cizgi filmi festivalın müsabiqə proqramına daxil edilib.

Rejissor Fariz Əhmədovun Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə «Azanfilm» studiyasında çəkdiyi «Əriyən ada» sənədli filmi IX Kazan Beynəlxalq Müsəlman Film Festivalının «Ən yaxşı qısametrajlı sənədli film» nominasiyasının qalibi olub.

Fariz Əhmədov 1983-cü ildə Bakıda doğulub.

Mədəniyyət və İncəsənət Universitetinin ədəbi yaradıcılıq və ekran dramaturgiyası fakültəsini bitirib.

Gürcüstan paytaxtında birillik prodüser kursunda, Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.

2012-ci ildən «Azanfilm»in direktorudur.

«Qocalar» (2008), «Bir addım» (2009), «Mayak» (2012) filmlərini çəkib.

«Əriyən ada» sənədli filmi Xəzərin Kürdili adası haqqındadır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG