Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:24

Bir əli olmayan şəxsi əl şalmağa görə həbs etdilər


2013-cü ilin İg Nobel sülh mükafatı Belarus lideri Lukaşenkoya verilib.
2013-cü ilin İg Nobel sülh mükafatı Belarus lideri Lukaşenkoya verilib.
-
2013-cü ilin İg Nobel sülh mükafatı Belarus lideri Lukaşenkaya (Lukaşenka) verilib. Buna səbəb onun imzaladığı fərmanıdır. İctimai yerlərdə əl çalmağı yasaq edən bu qanun qüvvəyə minəndən sonra bir əli olmayan şəxs həbs edillərək əl çalmaqda günahlandırılıb.

İg Nobel mükafatı Harvard Universitetində verilir. İg Nobel həqiqi Nobel mükafatına Amerika parodiyasıdır.

Hər il elm sahəsində “əvvəlcə güldürən, sonra düşünməyə vadar edən” 10 elmi nailiyyətə İg Nobel verilir.

Bu ilin İg Nobel mükafatçısı həm də 10 trilyon dollar pul mükafatı alıb. ... Zimbabve dolları ilə. Və bir əskinasla. ( faktiki olaraq bir kağız verilib, üzərində “10 trilyon Zimbabve dolları” sözləri yazılıb.)
Lukashenko
Lukashenko

2013-cü ildə İg Nobeli kimlər və nəyə görə alıb?

SİÇAN VƏ OPERA

Tibb sahəsində İg Nobel Yaponiya və Çin alimlərinə verilib. Onlar ürəyin köçürülməsi əməliyyatı keçirmiş siçanlara operanın təsirini öyrəniblər. Bu tədqiqat ürək cərrahlığına həsr olunan ciddi jurnalda çap olunub.
SƏRXOŞ VƏ SEKSUAL

Fransa, Hollandiya və Polşa alimləri müəyyən ediblər ki, sərxoş olan adam özünü həm də çox cəlbedici hesab edir.

ULDUZLAR VƏ TƏZƏK BÖCƏKLƏRİ

İsveç, Almaniya, Avstraliaya, Cənubi Afrika alimləri isə tapıblar ki, Afrikada təzək böcəkləri ulduzlarla orientasiya edirlər.

Yuvalarına yolu itirən böcəklər bu yolu ulduzlarla tapıb. Alimlər bildirirlər ki, əvvəllər bu böcəklərin Aya istiqamətləndiyi güman olunurdu, ancaq sonra məlum oldu ki, onlar yolu Aysız gecədə də tapır.

Kimya üzrə mükafat Yaponiya alimlərinə verilib. Onlar sübut edirlər ki, soğan doğrayanda göz yaşarmağın biokimyəvi təbiəti əvvəl düşünüləndən xeyli mürəkkəbdir.

Fizikadan İg Nobel alanlar isə sübut edirlər ki, göldə suyun üstü ilə qaçmaq olar, əgər qaçan adam və göl Aydadırsa.

UZANAN İNƏK

Şotlandiyadan olan alimlər isə iki kəşfə görə İg Nobel alıblar.

Birincisi, inək nə qədər çox uzanılı qalırsa, onun qalxmaq ehtimalı bir o qədər böyükdür. İkincisi, bu inək nə vaxt bir də uzanacaq, bunu demək çox çətindir.

Bir daha qeyd edək ki, İg Nobel verilən elmi işlərin hamısı nüfuzlu jurnallarda çap olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG