Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:45

Vəkil Yalçın İmanov haqqında intizam icraatına başlanıb


Yalçın İmanov
Yalçın İmanov
-
Sentyabrın 12-də Vəkillər Kollegiyasında vəkil Yalçın İmanov haqqında intizam icraatına başlanılıb.

İntizam icraatı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin Yalçın İmanov haqqında müraciətindən sonra başlayıb.

Bu haqda AzadlıqRadiosuna Yalçın İmanov özü məlumat verib:

«Hakimin müraciətini əsassız sayıram. Hesab edirəm ki, həmin müraciətin edilməsi üçün heç bir əsas olmayıb. Vəkillər Kollegiyasında intizam icraatına başlanması isə bu Kollegiyanın intizam komissiyasının səlahiyyətində olan məsələdir. Bütün hallarda edilmiş müraciət araşdırılmalı, rəy verilməlidir. Ümid edirəm ki, araşdırma hər şeyi ortaya çıxaracaq və kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirəcək».

Sentyabrın 5-də «Eurovision 2012» mahnı müsabiqəsi ərəfəsində saxlanan baş redaktor Nicat Əliyev və 9 daha nəfərin işi üzrə məhkəmədə hakim Zeynal Ağayev ilə vəkil Yalçın İmanov arasında mübahisə yaşanıb.

Vəkilin rəyçi ekspertlərdən cavab almaqda israrlı davranışı hakim Z.Ağayevi narazı salıb və o, bir neçə dəfə Y.İmanova xəbərdarlıq edib. Vəkildən «hətta 5 xəbərdarlıq da edə bilərsiniz» sözlərini eşidən və bunu təhqir kimi qiymətləndirən Z.Ağayev Y.İmanova qarşı cinayət işi qaldırmaq barədə təqdimat yazacağını bildirib.
XS
SM
MD
LG