Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:37

Şagirdlər üçün Amerikada təhsil imkanı -FLEX


Tamilla Hacıyeva, Məryəm Məhəmmədova, Nəzrin Ağarzayeva və Şəms Əlizadə

Tamilla Hacıyeva, Məryəm Məhəmmədova, Nəzrin Ağarzayeva və Şəms Əlizadə

-
1993-cü ildən Azərbaycanda da fəaliyyət göstərən FLEX proqramının 2014-2015-ci il üçün keçiriləcək imtahanlarının vaxtı açıqlanıb.

Proqramın koordinatoru Tamilla Hacıyeva deyir ki, proqram 9-11-ci sinif şagirdləri üçün nəzərdə tutulub. Görmə, eşitmə problemləri, asma və diabet xəstəliyi olan uşaqlar da FLEX-də iştirak edə bilərlər:

«Şagirdlər sadəcə bir qələm, 3x4 şəkil və şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə gətirərək imtahanda iştirak edə bilərlər. İmtahanlar Lənkəranda sentyabrın 17-də, Şəkidə 23-də, Mingəçevirdə 26-da, Gəncədə 29-da, Naxçıvanda oktyabrın 3-də, Bakıda isə 12-13 oktyabrda keçiriləcək. Ümumilikdə, şagirdlər 3 mərhələdən keçirlər. Birinci mərhələdə ümumi suallardan ibarət test olur. İkinci mərhələdə üç mövzu üzrə inşa yazılır. Üçüncü mərhələdə isə müsahibə, qrup işi və iki mövzu üzrə inşa olur. Aprelin sonunda cavablar çıxır, iyulda isə oriyentasiya proqramı keçirilir. Avqustda uşaqlar yola düşürlər».

Tamilla Hacıyevanın dediyinə görə, seçilmiş şagirdlər müəyyən olunmuş təşkilatlar tərəfindən ştatlara, ailələrə və məktəblərə yerləşdirilir. Hər il sənəd verən şagirdlərin sayı müxtəlif olur. 2012-ci ildə FLEX-ə mindən çox şagird müraciət etsə də, 32 nəfər seçilib.
Nəzrin Ağarzayeva

Nəzrin Ağarzayeva


SƏRBƏSTLİK, AZADLIQ, MƏSULİYYƏT...

2012-ci ildə seçilmiş şanslı şagirdlərdən olan Nəzrin Ağarzayeva 12-ci sinfi Kolorado ştatında oxuyub. Bu dərs ilindən isə Qafqaz Universitetinə gedəcək. Nəzrinin fikrincə, bu bir il onu daha azad edib:

«Azadlıq həm də məsuliyyətdir. Mənim yaşıdlarımın çoxu valideynlərindən ayrı qala bilmirlər. Amma mən artıq buna öyrəşmişəm. Daha müstəqil qərarlar qəbul edə bilirəm. Gələcəkdə istəyərəm magistraturanı Amerikada, ya da Avropa ölkələrində-Böyük Britaniya, Norveç, İsveçdə oxuyum».
Məryəm Məhəmmədova

Məryəm Məhəmmədova


Məryəm Məhəmmədova da FLEX proqramı ilə 2012-ci ilin avqustunda Amerikaya gedib. Missuri ştatında 12-ci sinfi oxumuş Məryəm də gələcək üçün magistraturanı Amerikada oxumağı planlaşdırır:

«Artıq Amerikada oldum, bilirəm ki, orda həyat necədir. Üstəlik də, mənə ev sahibliyi edən ailə üçün darıxıram. Amerikada təhsil çox şey verdi. Nəzrinin dediyi kimi, sərbəstlik, azadlıq, bununla yanaşı məsuliyyət artdı. Əlbəttə ki, dünyagörüşü də tamam dəyişdi».

Şəms Əlizadə

Şəms Əlizadə

Şəms Əlizadə isə FLEX-in 2008-2009-cu il məzunudur. Hazırda Beynəlxalq Təhsil üzrə Amerika Şurasında işləyən Şəms FLEX proqramı ilə Kaliforniya ştatında təhsil alıb:

«FLEX-lə Amerikada oxuduqdan sonra həm başqa ölkənin mədəniyyətini tanıdım, həm də güclü olmağı, təkbaşına problemləri həll etməyi öyrəndim, özümə güvənim artdı. Amerikadan qayıdandan sonra insanlara qarşı məndə stereotipləşmə yoxdur. İnsanları başa düşürəm və həyatdan nə istədiyimi bilirəm».

Verilişi tam olaraq burdan dinlə:

Şərhləri göstər

XS
SM
MD
LG