Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:59
Türkiyədə yenidən polislə aksiyaçılar arasında toqquşmalar olub.Polis hökumət əleyhinə nümayişləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.Bir neçə nəfər yaralanıb, 20 nəfər saxlanıb.

Yerli kütləvi informasiya vasitələri İstanbul, İzmir, Mersin və Antake şəhərlərində toqquşmalar olduğunu xəbər verirlər.

Etirazlara səbəb bazar ertəsi Antakedə 22 yaşlı nümayişçinin ölməsi olub.“Dogan” agentliyinin məlumatına görə Ahmet Atakan polislə toqquşma zamanı gözşayardıcı qaz baloniyla başından vurulub.

Yerli hakimiyyət isə onun polisi daşa basarkən damdan yıxıldığını deyir.

Bu ilin yayında da ölkədə hökumət əleyhinə etirazlar keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG