Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:18

«Azərenerji»nin haker qalmaqalı


-

Hacking

Facebook-dan birbaşa şərh yaz


Bu günlərdə bir qrup haker “Azerenerji”nin sənədlərini yaydığını iddia etdi. Açıqlanan sənədlər arasında maliyyə sənədləri olduğu görünür.
Azerenerji məsələni araşdıracağınıı deyir.
Kompüter cinayətkarlığı Azərbaycana nə qədər zərər vurur?
“Azerenerji”-dən götürüldüyü deyilən məlumatlarda bir məmurun xaricdə ezamiyyət zamanı dövlət büdcəsi hesabına xaricdə saunaya getməsi, 20 min dollarlıq alış-veriş etməsi görünür.
Hakerlər “Azerenerji”ni niyə hədəfə alıb?
Azadlıq FM-də kompüter cinayətkarlığı barədə danışmışıq.

İT mütəxəssisi Cahid İsmayıloğlu:

- Elektron hökümətə keçiddə məmur əngəli var.

- Hakerlər dövlət qurumlarının daxili şəbəkəsinə qoşulub məlumatları əldə edə bilərlər.

- Hər bir dövlət qurumunda bütün informasiyalar bir serverdə toplanır. Bu doğru addım deyil.

- Bu cür haker hücumları ölkədə siyasi sabitliyi pozmaq üçün qəsdən atılan addımlardır.


Ekspert Osman Gündüz:

- Son dövrlər bir neçə dövlət qurumuna məxsus sənədlər haker qruplarının əlinə keçib. Əvvəlki oxşar hadisələrdən fərqli olaraq son hadisələrdə sənədləri oğurlanan dövlət qurumlarının saytları və digər informasiya sistemləri əslində normal işləyir. Onda belə qənaətə gəlmək olar ki, əslində, hakerlər dövlət orqanlarının kompüterlərinə və ya dövlət məmurlarının elektron məktublaşmasına giriş əldə edə bilirlər.

Jurnalist Rövşən Hacıbəyli:

-Dövlət qurumları açıq məlumatları qanuni yollarla vermək istəmirlərsə, biz jurnalistlər də gərək hakerlik üsullarına əl ataq.

VERLİŞİ TAM DİNLƏMƏK ÜÇÜN:
XS
SM
MD
LG