Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:15

“Bulla-dəniz”də yanğının söndürülməsi davam edir


“Bulla-dəniz”də yanğın

“Bulla-dəniz”də yanğın

-
“Bulla Dəniz” qaz yatağında yanğının aradan qaldırılması işləri davam etdirilir.
ARDNŞ-nin saytında yerləşdirilmiş məlumatda bildirilir ki, xaricdən gətirilmiş avadanlıqlar “Şirvan” gəmisinin üzərində quraşdırılıb. Əlavə olaraq gəminin oxunun soyudulması üçün daha bir xətt çəkilib və su nasosları ilə təchiz edilib. Hazırda həmin əlavə xəttin sınaq işləri aparılır.
Eyni zamanda özül “Vixr” və “Caspian Support” gəmiləri vasitəsi ilə fasiləsiz olaraq soyudulur. “Barra” gəmisinin üstündə quraşdırılmış nasoslardan özülə bir neçə soyutma xətti çıxarılıb. Yanan quyunun ətrafında təmizlik işlərinə başlanılır.
Yanğın avqustun 17-də 90 saylı qaz quyusunda qəza nəticəsində baş verib.
Yataq Bakıdan 80 km cənubda yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG