Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:20

Milli Dram Teatrı yeni mövsümü «Qarabağnamə» ilə açacaq


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
-
Sentyabrın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni -141-ci teatr mövsümünü İlyas Əfəndiyevin «Hökmdar və qızı» pyesi əsasında hazırlanan «Qarabağnamə» tamaşası ilə açacaq.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, 10 ildən artıqdır ki, teatr hər il bu tamaşa ilə mövsümü açır və bağlayır:

«Qarabağ həqiqətlərinin təbliği, dünyaya çatdırılması, tarixin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyan «Qarabağnamə» tamaşası əvvəlki mövsümlərdə olduğu kimi bu mövsüm də Akademik Milli Dram Teatrının repertuarını bəzəyəcək».

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Tamaşada obrazları Xalq artistləri İlham Əsgərov (İbrahim xan), Rafiq Əzimov (Axund Mirmöhsün ağa), Səidə Quliyeva (Tubu xanım), Firəngiz Mütəllimova (Tubu xanım), Ramiz Məlik (Cavad xan), Hacı İsmayılov (Məhəmməd xan), Ramiz Novruz (Sisianov), Əməkdar artistlər Kazım Abdullayev (İbrahim xan), Məsmə Aslanqızı (Ağabəyim ağa) və başqaları canlandıracaqlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG