Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:56

Cəmil Həsənlinin namizədliyi qeydə alınıb


Cəmil Həsənli
Cəmil Həsənli
-
Sentyabrın 12-də Milli Şuranın namizədi Cəmil Həsənlinin prezidentliyə namizədliyi qeydə alınıb.
Mərkəzi Seçki Komissiyasının bu günkü iclasında MSK katibi Arifə Muxtarova deyib ki, Cəmil Həsənlinin təqdim etdiyi imza vərəqələri yoxlanıb. Onun namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib.
MSK-nın İşçi qrupunun rəhbəri İlham Məmmədov deyib ki, MSK-ya 44 495 imza təqdim edilib. 40291 imza etibarlı sayılıb.
Cəmil Həsənlinin səlahiyyətli nümayəndələrindən biri Gözəl Bayramlı AzadlıqRadiosuna deyib ki, sentyabrından 16-dan təşviqat kampaniyasına başlayacaqlar.
“Təşviqat kampaniyasına necə, harada başlamağımızla bağlı İlkin təkliflər var. Ancaq buna Cəmil Həsənli sentyabrın 14-də Bakıya qayıdandan sonra birgə müzakirələrdən sonra qərar veriləcək”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG