Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:31

AŞPA müşahidəçiləri müxalifət nümayəndələri ilə görüşüb


Foto arxiv

Foto arxiv

Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə missiyası sentyabrın 12-də bir neçə müxalifət partiyasının rəhbəri ilə görüşüb. AXCP sədri Əli Kərimlinin AzadlıqRadiosuna verdiyi məlumata görə, görüşdə AŞPA nümayəndələrinin diqqətinə çatdırılıb ki, cəmiyyətdə, xüsusilə müxalifət qüvvələrində bu qurumun fəaliyyəti ilə bağlı ciddi iradlar var:

“Bundan əvvəlki saxtalaşdırılmış seçkilərə demokratik don geyindirmək üçün bir sıra AŞPA təmsilçisinin neqativ rol oynadığını onların nəzərinə çatdırdıq. Hökumətin nəzarətində olan televiziyalarda hakimiyyətin bəzi dostlarının, Avropa Şurası prinsiplərinə zidd olaraq, seçkinin saxtalaşdırılmasına baxmayaraq onlar barəsində xoş sözlər səsləndirməsi barədə cəmiyyətin qayğılarını ifadə etdik. Xüsusilə AŞPA-nın bir mexanizm olaraq Azərbaycanda təsirsiz olduğunu vurğuladıq. Çox açıq sual qoyuldu ki, 12 il AŞ üzvü olan ölkədə bu qurum hansısa problemin həllinə nail ola bilibmi? Nə sərbəst toplaşma azadlığı, nə siyasi məhbuslarla bağlı məsələ, nə seçki komissiyalarının yenidən formalaşması və azad və ədalətli seçkilərin keçirilməsi, nə müstəqil məhkəmə hakimiyyətinin formalaşması, müxalifətə normal fəaliyyət imkanının tanınması – heç bir sahədə son 12 ildə hakimiyyət ciddi irəliləyişə nail ola bilməyib”.

AŞPA müşahidəçilərinə Milli Şura, bu qurumda birləşmiş qüvvələr, MŞ-nın prezidentliyə namizədi Cəmil Həsənli barədə ətraflı məlumat verilib.

Görüşdə ALP sədri Əvəz Temirxan və ACP sədri Sülhəddin Əkbər də iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG