Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:09

Şəkidə cəbhəçilər saxlanıb


Foto: Arxiv
Foto: Arxiv
-
Sentyabrın 12-də Şəkidə 12 AXCP üzvü saxlanıb.

Onlar üzərinə «Azad seçki bizi ədalətli ölkəyə çevirəcək» sözləri yazılmış maykalarla küçədə gəzirmiş. Çayxanada oturanda isə polis onları saxlayıb.

Bu haqda AzadlıqRadiosuna AXCP Şəki təşkilatı Ali Məclisinin üzvü Mübariz Abdulkərimov məlumat verib:

«Bəxtiyar bağında oturub çay içən vaxt polis bizi zorla maşınlara doldurub şöbəyə gətirdi. Bizi dedilər ki, seçki kampaniyası başlamayıb, siz təbliğat aparırsınız. Dedik ki, «İlhamla irəli» maykaları geyib şəhərdə gəzsəydik, tutmazdınız. Şəki doludur «İlhamla irəli» maykaları geyənlərlə. Onlar təbliğat aparmır? Bir saatlıq profilaktik söhbətdən sonra bizi buraxdılar».

Şəki rayon polis şöbəsindən bildirdilər ki, onlarda saxlanma haqqında məlumat yoxdur.
XS
SM
MD
LG