Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:03

«Məhsəti Gəncəvi Nəğmələri» çapdan çıxdı


Məhsəti Gəncəvinin rəsmi
Məhsəti Gəncəvinin rəsmi
-
Bu barədə AMEA-nın Gəncə bölməsindən məlumat verilib.
Məlumata görə, kitab Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi tərəfindən nəşr edilib.
Beş dildə tərtib olunmuş yeni nəşrin “Ön söz”ünün və rübailərin farscadan tərcümələrinin müəllifi muzeyin direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynov, musiqi redaktoru isə Kamilla Sədirxanovadır.
Nəşrdə bəstəkar Rizvan Sədirxanovun ədəbiyyat tarixində mahir rübai ustası kimi şöhrət tapmış XII əsrin böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvinin Rafael Hüseynov tərəfindən farscadan ana dilimizə poetik tərcümə etdiyi rübailərə bəstələdiyi 5 mahnı verilib. Bu mahnılarda əsas mövzu həyat fəlsəfəsi, məhəbbət, insanın öz böyük arzuları uğrunda mübarizəsidir. Not yazıları həm professional ifa, həmçinin musiqi məktəblərinin şagirdləri üçün nəzərdə tutulub.
XS
SM
MD
LG