Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:59
-
Bir qrup italyan sənətşünası Leonardo Da Vinçinin Luvr muzeyində saxlanan əfsanəvi «Mona Liza» əsərini borc almaq təşəbbüsü qaldırıb.

Onlar tablonu cəmi bircə aylığa rəssamın yaşadığı Florensiyada sərgiləmək istəyirlər.
«The Times» artıq Fransa yetkililərinin bu məsələ ətrafında danışıqlar aparmağa razı olduğunu bildirib.

Maraqlıdır ki, sənətşünaslar «Mona Liza»nı Florensiyaya ancaq 2013-cü ilin dekabr ayında gətirmək istəyirlər.

Səbəb bu əsərin Vətəndə son nümayişinin düz 100 il öncə--1913-cü il dekabrında olmasıdır.

Bunun da maraqlı bir tarixi var.

100 il öncə Luvr muzeyinin italyan əməkdaşı Vinçenso Peruca Fransanın tablonu qeyri-qanuni mənimsədiyini əsas gətirərək «Mona Liza»nı Luvrdan oğurlayıb.

Peruca bu işə görə İtaliya hökumətinin ona mükafat verəcəyinə ümid edib. Əvəzində onu İtaliyada həbs ediblər və əsəri əlindən alıblar.

Ancaq... əsəri Fransaya verməzdən əvvəl 1 ay Florensiyada sərgiləyiblər və italyanlar florensiyalı xanıma doyunca baxa biliblər.

Həbs edilsə də, əvəzində Perucanı bir çox italyanlar hələ də milli qəhrəman sayır.
«Mona Liza»nın bir aylığa borc alınması təşəbbüsünü İtaliyanın Tarixi və Mədəni İrsi Müdafiə Komitəsi qaldırıb.

Bu komitə bir neçə ay öncə Mona Lizanın Florensiyadakı məzarını açdırmağa da nail olmuşdu.

Alimlər kəlləsini tədqiq edib tablonun Mona Lizaya aid olub-olmamasını dəqiqləşdirmək istəyirlər.

Artıq komitənin borcalma təşəbbüsünə 150 mindən çox imza topladığı bildirilir.
Da Vinçi «Mona Liza»nı 1503-1506-cı illər arasında Florensiyada yaradıb.

Tablonun Fransaya nə vaxt aparıldığı dəqiq məlum deyil.

Əsər Napoleon zamanından Luvrda saxlanılır.

Luvrun rəhbərliyi bir müddət öncə tablonun başqa yerdə sərgilənməsinə qarşı olduğunu bəyan etmişdi.

Səbəb kimi əsərin elə də yaxşı vəziyyətdə olmaması göstərilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG