Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:55

Putindən xəbərdarlıq – Suriyaya hücum dünyada yeni terrorizm dalğası yaradar


Prezident Vladimir Putin Baş nazir Dmitry Medvedevlə söhbət edir.

Prezident Vladimir Putin Baş nazir Dmitry Medvedevlə söhbət edir.


Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edir ki, ABŞ-ın Suriyaya hər hansı hərbi müdaxiləsi dünyada yeni terror dalğasının yaranmasına səbəb ola bilər.

“Nyu York Times” qəzetində çap olunan məqaləsində Putin həmçinin bildirir ki, böyük dövlətlərin BMT Təhlükəsizlik Şurasının qərarı olmadan Suriyaya müdaxilə etməsi BMT-yə də Millətlər Liqasının acı taleyini yaşadardı.

Rusiya prezidenti düşünür ki, Suriyaya hərbi zərbələr həmçinin İranın nüvə problem, İsrail-Fələstin münaqişəsi kimi məsələlərin həlli ilə bağlı beynəlxalq cəhdləri əngəlləyər, Yaxın Şərq və Şimali Afrikada vəziyyəti gərginləşdirirədi.

Sentyabrın 12-də Rusiya və ABŞ Suriyanın kimyəvi silahlarının beynəlxalq qurumlara verilməsinə dair danışıqlara başlamalıdırlar. ABŞ-ın nəzərdə tutulan hərbi hücumlarını önləmək üçün Moskva kimyəvi silahların Dəməşqdən alınmasını təklif edib. Suriya bu təklifi qəbul etdiyini deyəndən sonra ABŞ diplomatikdanışıqlar nəticə verənə qədər hərbi planlarını təxirə salmaq qərarına gəlib.

Avqustun 21-də Suriya paytaxtı Dəməşqin yaxınlığında kimyəvi silahlardan istifadə olunması 1 400-dən çox adamın ölümünə səbəb olub.

Suriya üsyançıları bu hücuma görə prezident Bashar al-Assad-ın rejimini ittiham edirlər. Amma Suriya hökuməti ittihamları rədd edir.

Moskva bəyan edib ki, bu kimyəvi silahdan üsyançıların istifadə etdiklərini düşünməyə kifayət qədər ciddi əsaslar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG