Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:53

Müsavat Partiyası etiraz bəyanatı yayıb


-
Müsavat Partiyası hakimiyyətin siyasi qurumlara və fəallara qarşı təzyiqlərinə etiraz bəyanatı yayıb.
Bəyanatda deyilir ki, prezident seçkiləri kampaniyası dövründə siyasi məhbuslara, fəal siyasi gənclərə, müstəqil vəkillərə, ictimai -siyasi təşkilatlara təzyiqlər artıb.
Bəyanatda Müsavat Partiyasının funksioneri Tofiq Yaqublunun, partiya başqanının müşaviri Yadigar Sadıqlının, prezidentliyə namizəd İlqar Məmmədovun həbsi və onlara qarşı ittihamlar əsassız, uydurma adlandırılır. Bu şəxslərə qarşı istintaq hərəkətlərində “ağlabatan müddət” tələbinin tanınmaması prosesinin davam etməsinə diqqət çəkilir.
Vəkil Aslan İsmayılovun vəkillik statusunun məhkəmə tərəfindən ləğvi ilə bağlı deyilir ki, o siyasi motivlərlə həbs edilənləri müdafiə etdiyinə görə siyasi sifarişlə vəkillikdən uzaqlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG