Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:23

Britaniyanın yeni səfiri azərbaycanca planlarını açıqlayır- [Video]


Böyük Britaniyanın Azərbaycana yeni təyin edilmiş səfiri İrfan Siddiq

Böyük Britaniyanın Azərbaycana yeni təyin edilmiş səfiri İrfan Siddiq

-
Böyük Britaniyanın Azərbaycana yeni təyin edilmiş səfiri İrfan Siddiq ilk mesajinı Facebook-dan verib.

Azərbaycanca danışan səfir Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlərin gələcəkdə daha da yaxşılaşdıracağını deyir.

Açıqlamasında səfir bildirib ki, Azərbaycanla Böyük Britaniya güclü və dərin əlaqələri olan ölkələrdir:

«Məqsədimiz hazırda yüksək səviyyədə olan ticari, iqtisadi əlaqələrimizi daha da artırmaqdı. Enerji sahəsindəki əməkdaşlığımızı daha da dərinləşdirmək, təhsil, turizm, mədəniyyət sahələrində vətəndaşlarımız arasında olan əlaqələrimizi genişləndirmək. Həmçinin demokratiya və insan haqları sahəsində hörmətlə, açıq müzakirə aparmaqdan ibarətdir».
BÖYÜK BRİTANİYA SƏFİRİNİN FACEBOOK-da ÇIXIŞINA BURDAN BAX:



Sentyabrın 12-də prezident İlham Əliyevlə görüşən səfir İrfan Siddiq etimadnaməsini prezidentə təqdim edib.

İrfan Siddiq 1998-ci ildən Britaniyanın XİN-də çalışır. O, diplomat kimi Hindistan, Misir, Suriya, İraq və ABŞ-da fəaliyyət göstərib. Keçmiş xarici işlər nazirləri Jack Straw və Margaret Beckettin şəxsi katibi olub.
Xatırladaq ki, yeni səfir bu vəzifədə Piter Beytmanı əvəz edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG