Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:13
Azəebaycan Daxili İşlər Nazirliyinin ömürlük həbsə məhkum edilmiş keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov özünə yeni vəkil tutub. Bu barədə APA agentliyi hüquq-mühafizə orqanlarına istinadla xəbər verir.

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan Hacı Məmmədovun hüquqlarını vəkil Aydın Nəzərli qoruyacaq və o artıq təcridxanada onunla görüşüb. A. Nəzərli H. Məmmədovun hüquqlarını müdafiə edəcəyini təsdiqləsə də, görüşün detalları barədə danışmaq istəməyib: “Mənə bu barədə danışmaq qadağan edilib”.

Qeyd edək ki, H. Məmmədov 2006-cı ildə ağır və xüsusilə ağır cinayət hadisələri törətməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib. H. Məmmədov məhkəmədə onun müdafiə edən vəkil Səməd Əliyevin vəfatından sonra vəkilsiz idi.

Bir müddət əvvəl isə o, hamı ilə əlaqələrini kəsib, hətta yaxın qohumları ilə belə görüşməkdən imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG