Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:24

Milli Şuranın namizədi Cəmil Həsənli Londona gedir


-
Milli Şuranın namizədi Cəmil Həsənli bu gecə Böyük Britaniyaya yola düşür.

Bu barədə AzadlıqRadiosuna Cəmil Həsənlinin seçki qərargahının həmsədri Həsən Kərimov məlumat verib.

Sentyabrın 13-ə qədər davam edəcək səfər proqramına Britaniya Xarici İşlər Nazirliyində və Beynəlxalq İşlər üzrə Kral İnstitutunda görüşlər daxildir.

Britaniya QHT-ləri və vətəndaş cəmiyyəti təmsilçiləri, parlament üzvləri, Azərbaycan və Türkiyə diasporunun nümayəndələri ilə görüş, ölkənin aparıcı media quruluşlarına müsahibələr də nəzərdə tutulur.

Cəmil Həsənlidən başqa bu səfərdə Milli Şura sədri Rüstəm İbrahimbəyovla Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov da iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG