Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:55

4 namizəd qeydiyyata alındı, 1 nəfər kənarda qaldı


-
Sentyabrın 11-də Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə iddialılardan 5 nəfəri ilə bağlı qərar qəbul edib.

Onlardan 4-ü - deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və deputat Fərəc Quliyev prezidentliyə namizəd kimi qeydə alınıb.

Tələb olunan 40 min imzanı toplaya bilmədiyi üçün Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin namizədliyi isə qeydə alınmayıb.

Bununla da qeydə alınan namizədlərin sayı 7 nəfərə çatıb.

Prezidentliyə iddialı olanların sayı ümumilikdə 21 nəfər olub. Onlardan ikisi öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdüyünü açıqlayıb. 6 nəfər isə tələb olunan imzaları yığa bilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG