Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:25

Putin Xraxoba və Uryanova kəndlərinin köçürülməsinə büdcədən pul istəyib


-
Rusiya prezidenti Xraxoba və Uryanova kəndlərinin əhalisinin Dağıstana köçürülməsi üçün federal büdcədən vəsait ayrılmasını tələb edib.

Adı çəkilən hər iki kənd əvvəllər Dağıstanın Məhərrəmkənd rayonunun Yeniaul kənd sovetliyinə daxil olub.
SSRİ dağılanda bu kəndlər Azərbaycanın ərazisində Rusiyanın anklavı hesab olunub. 2010-cu ilin sentyabrında Azərbaycanla Rusiya arasında imzalanan sərhəd razılaşmasından sonra kənd sakinlərinin problemləri həll olunmamış qalmışdı.
Prezident Vladimir Putin avqustun 13-də maliyyə nazirliyinə, Şimali Qafqaz fedaral dairəsində prezidentin səlahiyyətli nümayəndəsinə, o cümədən regional iqtisadi inkişaf nazirinə bu məsələlərin həlli ilə bağlı ona hesabat verməsini tapşırıb. Sözügedən bu hesabat Rusiya prezidentinə oktyabrın 1-ə qədər təqdim olunmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG