Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:12

Monteneqroda Hüseyn Cavidin büstü ucaldılır (VİDEO)


Hüseyn Cavid Monteneqroda
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

Hüseyn Cavid Monteneqroda

Büstün ucaldılması və ərazinin abadlaşdırılması üçün lazım olan xərcləri Azərbaycan hökuməti çəkir. Amma layihənin büdcəsinin nə qədər olduğu məlum deyil.

-

Azərbaycan özünün heykəl diplomatiyasını Monteneqroda Hüseyn Cavidin büstü ilə davam edir.

Stalin repressiyasının qurbanı olmuş məşhur Azərbaycan şairinin büstü paytaxt Podqoritsada Kral Parkına qoyulacaq. Heykəlin ucaldılması və onun yerləşəcəyi ərazinin abadlaşdırılması üçün lazım olan xərcləri Azərbaycan hökuməti çəkir.

Amma layihənin büdcəsinin nə qədər olduğu və büstün nə zaman açılacağı hələlik məlum deyil. Monteneqro hökuməti AzadlıqRadiosunun Balkan xidmətinin əməkdaşlarına konkret rəqəm səsləndirməsə də abadlaşdıərma işlərinin bir neçə milyon dollara başa gələcəyini deyib.

Podqoritsada həmçinin mərkəzi küçələrdən birinə Bakı adı verilib. Bu il martın 12-də prezident İlham Əliyevin Monteneqroya səfəri zamanı Podqoritsa meri bildirmişdi ki, artıq Bakı küçəsində təmir işləri yekunlaşır və küçəyə ad lövhələri yapışdırılır.

Mer həmçinin demişdi ki, Podqoritsa şəhər parlamentinin 2013-cü il fevralın 12-də qəbul etdiyi qərarla Hüseyn Cavidin bürüncdən büstü hündürlüyü 1,6 metr olan ağ mərmər postamentin üzərində qoyulacaq.

Keçən ilin yayından Monteneqro hökumətinin mənzərəli Kumbor ərazisində 242 min kvadratmetr ərazini istirahət zonası yaratmaq üçün Azərbaycan Dövlət Neft Şirkətinə icarəyə verməyə hazırlaşması barədə xəbərlər dolaşır. Yerli müxalifət fəalları bu sövdələşməyə qarşı çıxırdılar.

Hələlik bu kurort sahəsi ilə bağlı yekun saziş yoxdur.

Bakı bundan əvvəl digər Balkan ölkələrində, o cümlədən Bosniya və Herseqovina, Serbiyada da heykəllər ucaldıb. Amma onların hamısı Azərbaycanın keçmiş prezident heydər Əliyevin heykəlləridir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG