Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:20
-
Sentyabrın 11-də Türkiyənin Dənizli şəhərində 4-cü «Türkvizion» Beynəlxalq Musiqi Festivalı başlayıb.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, TRT-nin təşəbbüsü ilə reallaşacaq bu festival türk dilində danışan ölkələrin sənətçilərini bir yerə toplayacaq.

Festivalda 21 ölkə iştirak edir.

Dörd gün davam edəcək festivalda Azərbaycan tanınmış müğənni, Əməkdar artist Tünzalə Ağayeva ilə təmsil olunub.

Festivalda sənətçilər konsert proqramları ilə çıxış edəcəklər.

TRT-nin baş direktoru İbrahim Şahin festivalın şüarının «Bir dil, bir ürək» olduğunu söyləyib.

İbrahim Şahin bildirib ki, tədbir xalqların bir-birini tanımaları, qaynayıb-qarışmaları, sevgi bağının yaranması və mədəniyyətlərin tanıdılmasında böyük rol oynayacaq.

Sentyabrın 14-dək davam edəcək festival hər gün Bakı vaxtilə saat 23:00-da «TRT Avaz» və «TRT Müzik» kanallarında, eləcə də Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti də daxil olmaqla 14 ölkədə canlı yayımlanacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG