Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:39

Müəllimlərin dərs yükü ilə bağlı dəyişikliklər ola bilər


-
Müəllimlərin dərs yükü normasının yuxarı həddi 24 saatdan 36 saata qaldırıla bilər.

Təhsil Nazirliyinin saytında verilən məlumata görə, bunu sentyabrın 10-da Bakı şəhəri təhsil işçilərinin konfransında çıxışı zamanı nazir Mikayıl Cabbarov deyib.

Nazir, həmçinin, məktəb direktorlarının maaşının artırılması, ingilis dilinin tədrisinin gücləndirilməsi, məktəblərin dayanıqlı internetlə təmin olunması istiqamətində nəzərdə tutulmuş dəyişikliklər və digər zəruri tədbirlər haqqında da məlumat verib.

M.Cabbarov ilk dərsin vətənpərvərlik mövzusuna həsr olunması barədə təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar da verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG