Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:50

ABŞ səfiri siyasi təşkilatların nümayəndələri ilə görüşüb


-
Sentyabrın 11-də ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi təşkilatların nümayəndələri ilə görüşüb.

Səfirlikdə baş tutan görüşdə Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, prezidentliyə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə, «El» Hərəkatının sədri Eldar Namazov, «ReAL» Hərəkatının sədr müavini Erkin Qədirli və Liberal-Demokrat Partiyanın sədri Fuad Əliyev iştirak ediblər.

Görüşdə əsas müzakirə mövzusunun prezident seçkiləri və ölkədəki ictimai-siyasi proseslərlə bağlı olduğu bildirilir.

Səfirliyin mətbuat xidmətindən apa-ya bildirilib ki, ABŞ səfiri müntəzəm olaraq ölkədə ən böyük siyasi partiyaların nümayəndələri ilə görüşərək, Azərbaycanda siyasi mühitlə daha ətraflı tanış olur.

Səfirlikdən onu da deyiblər ki, gələn həftə belə bir görüş Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katib Əli Əhmədovla da planlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG