Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:52

Avropa Birliyinin rəsmisi prezident seçkiləri barədə


-
«Ümid edirik ki, prezident seçkiləri azad və ədalətli keçiriləcək. Namizədliyini verən hər kəs üçün azad şərait yaradılacaq. Və nəticələr də buna uyğun olaraq qəbul olunacaq».
Bunu Avropa Birliyinin Azərbaycandakı missiyasının rəhbəri vəzifəsini icra edən Toralf Pilz AzadlıqRadiosuna açıqlamasında deyib. O, Avropa Birliyinin bu yaxınlarda seçkilərlə bağlı bəyanat yaydığını xatırladıb. Həmin bəyanat hökuməti demokratik siyasi ifadə və sərbəst toplaşmaq azadlığının reallaşması məqsədilə azad və açıq məkanın fəaliyyət göstərməsi üçün zəruri şərait təmin etməyə çağırırdı. Bəyanatda deyilirdi:
«Biz hökuməti cəmiyyətin bütün dairələrini, o cümlədən müstəqil qeyri-hökumət vətəndaş cəmiyyəti təşkilatlarını konstruktiv dialoqa cəlb etməyə çağırırıq... Hər zaman olduğu kimi, hökumətin göstərdiyi səyləri və seçki prosesinin hamı üçün açıq, tam şəffaf və etibarlı şəkildə hazırlanması və təmin edilməsi üçün hər bir tərəfin atacağı addımı hökumətlə konstruktiv dialoqda müzakirə etmək arzusunda olan vətəndaş cəmiyyəti üzvlərinin cəhdlərini dəstəkləməyə hazırıq».

Günün bütün mövzuları

XS
SM
MD
LG