Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:41

Prezident Gədəbəydə yeni qızıl zavodunun lentini kəsib


Prezident Gədəbəydə yeni qızıl zavodu
Prezident Gədəbəydə yeni qızıl zavodu
-
Bu barədə Gədəbəy rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, sentyabrın 11-də prezident İlham Əliyev Gədəbəyə səfərə gəlib. İlk olaraq Gədəbəydə “Azerbaijan International Mining Company Limited” şirkətinin yeni zavodunun açılışında iştirak edib.
Prezidentə məlumat verilib ki, zavodda saatda 100-150 ton filiz emal olunur.
Emal prosesində istifadə olunan aşındırma sistemi Avstraliya, çökdürmə sistemi isə Cənubi Afrika Respublikasının istehsalıdır. Köhnə zavodda çökdürmə prosesi açıq havada aparılırdısa, yeni müəssisədə bu əməliyyat qapalı çənlərdə həyata keçirilir. Yeni müəssisənin tikinti sahəsi 14,4 min kvadratmetrdir. Burada 32 min unsiya qızıl istehsalı nəzərdə tutulub.
Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Layihə çərçivəsində ilk zavod 2009-cu ildə fəaliyyətə başlanıb.
XS
SM
MD
LG