Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:28
-
“Xəzərin hüquqi statusunu tam razılaşdırmaq üçün bir çox vacib məsələlər həll olunmalıdır”
APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun 33-cü iclasındakı çıxışında deyib.
“İşçi qruplarının iclaslararası çoxtərəfli və ikitərəfli məsləhətləşmələrinin keçirilməsi əhəmiyyətlidir. Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı ölkələr arasında mövcud olan dostluq və əməkdaşlıq ruhuna uyğun olaraq öz həllini tapa bilər. Xüsusi qeyd etmək lazımdır ki, Xəzər dənizinin hüquqi statusunu tamamilə razılaşdırmaq üçün çox vacib məsələlər var ki, bunlar da təhlükəsizliyə, Xəzərin su səthinin istifadə məsələlərinə aid problemlər, Xəzər dənizinin mineral ehtiyatlarının istifadəsi və dibinin bölünməsi, bioloji resursların istifadə olunması və qorunması ilə bağlı məsələlərdir”
Nazir müavini Xəzər dənizində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin sahilyanı ölkələrin bilavasitə iştirakı və təşəbbüsü ilə həyata keçirildiyini vurğulayıb: “Bu əməkdaşlıq çərçivəsində əldə edilən nailiyyətlər bütün Xəzəryanı dövlətlərin mənafeyinə xidmət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG