Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:00

Yevlaxda ağsaqqallar və ağbirçəklər necə gözəlləşir?


İlham Əliyev Yevlaxda hava limanının açılışı zamanı

İlham Əliyev Yevlaxda hava limanının açılışı zamanı

-
Sentyabrın 11-də media icmalı:
«HƏR ŞEYİMİZ VAR İDİ, BİR AEROPORTUMUZ YOX İDİ»
«Azərbaycan» qəzetinin yazdığına görə, bu sözləri sentyabrın 10-da Yevlaxda hava limanının açılışı zaman prezidentlə görüşdə yerli sakinlər deyib.
Sakin: «Respublika gözəlləşdikcə, rayonlarımız gözəlləşdikcə biz ağsaqqallar və ağbirçəklər də gözəlləşirik».
Prezident İlham Əliyev: Əlbəttə.
Sakin: Allah Sizə cansağlığı versin, xoşbəxt olun! Səmimi sözümdür, Siz yaxşı prezidentlərin ən yaxşısısınız. Biz sizinləyik. Allah Sizi qorusun ki, Siz bu respublikanı daha da gözəlləşdirəsiniz.
İ. Əliyev: Sağ olun.
Sakin: Mən Bakıda oldum. Aman Allah, Bakı necə gözəldir!
İ. Əliyev: Yevlax da geri qalmır.
ƏLİ İNSANOV AVROPA STANDARTLARI TƏLƏB EDİR
«Turan» informasiya agentliyinin yazdığına görə, həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov Ədliyyə Nazirliyini məhkəməyə verib. Vəkili Toğrul Babayevin agentliyə dediyinə görə, sabiq nazir uzun müddət ağır şəraitdə saxlandığı üçün belə bir addım atıb:
Əli İnsanov

Əli İnsanov

«Əli İnsanov 178 nəfərlə birlikdə barakda saxlanır. Bir məhbusa cəmi 1,76 kvadratmetr sahə düşür. Avropa Penitensiar Qaydalarına əsasən, bu göstərici 7 kvadratmetr olmalıdır. Həm də məhbusun saxlandığı yer rütubətlidir və az işıqlandırılır. İddiada Əli İnsanovun Avropa standartlarına uyğun məkana keçirilməsi tələbi yer alır».
Əli İnsanov 2005-ci ilin oktyabrında tutulub və iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il azadlıqdan məhrum olunub.
«NƏ QƏDƏR HEYDƏR PARKI AÇMAQ OLAR»
«Sadə vətəndaşa İlham Əliyevin əyalətlərə səfəri zamanı Heydər əliyev parklarının açılışı yox, iş yerləri lazımdır». Bunu «Azadlıq» qəzetinə müsahibəsində sabiq deputat, Beynəlxalq Hüquq Təşkilatının sədri Mətləb Mütəllimli deyib.
«Nə qədər Heydər parkı açmaq olar. Nə qədər infrastruktur layihələrinə pul ayırıb, daha sonra onları mənimsəmək olar?! Ona görə bu səfərlər zamanı söylənilən fikirlərlə əhalinin başını qatmaq olamz. Abadlıq lazımdır. Amma insanların güzəranı ağırdırsa, onları ciddi sosial problemlər narahat edirsə , o zaman dövlət büdcəsinin bu cür xərclənməsinin heç bir gərəyi yoxdur».
2015-Cİ İLƏ YENİ MÜXALİFƏT HAZIRLANIR?
«Yeni Müsavat» qəzeti Qərbin Azərbaycanda yeni müxalifət yaratdığını yazır.
«Dağınıq və vahid komanda halında formalaşa bilməyən klassik müxalifətin hakimiyyətə gəlmək şanslarının xeyli aşağı olduğunu analiz edən güc mərkəzləri gəncləri təşkilatlandlırır».
Siyavuş Novruzov

Siyavuş Novruzov

Qəzet yazır ki, «Qərbin yeni müxalifət tam bir güc kimi 2015-ci ildə parlament seçkiklərində ortaya çıxarmaq planı var».
«ABŞ SƏFİRLİYİNİN AÇIQLAMASINI DOĞRU SAYMIRAM»
«Thomas Melia az qala ayda bir dəfə Azərbaycana gəlir». Bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov ABŞ Dövlət Katibinin müavini Thomas Melianın azərbaycana səfərinin ləğv olunması ilə bağlı «Bizim yol»un suallarını cavablandırarkən deyib.
«Azərbaycan tərəfi bu barədə qərarını təbii ki, əsaslandırıb. Yəqin ki, bir səbəb olub ki, səfər ertələnib. Ancaq bununla bağlı ABŞ səfirliyinin açıqlamasını doğru saymıram. Thomas Melia az aqala ayda bir dəfə azərbaycana gəlir. Burda prezident başda olmaqla ən yüksəsk səviyyədə qəbul olunur».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG