Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:10

«Azərbaycanın ticarət dövriyyəsinin 45 faizi Avropa ilədir»


Sentybarın 10-da Baklıda keçirilən I Avropa-Azərbaycan İnvestisiya Konfransı
Sentybarın 10-da Baklıda keçirilən I Avropa-Azərbaycan İnvestisiya Konfransı
-
«Son 10 ildə Azərbaycanda 1.200-dən çox Avropa şirkəti qeydə alınıb. Bu, müxtəlif sahələri təmsil edən xarici şirkətlərdir və onların Azərbaycana marağı ölkəmizdə son illər müşahidə olunan ciddi inkişafla, quruculuq işləri ilə bağlıdır».
300-DƏK BİZNES NÜMAYƏNDƏSİ
Bunu iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova sentyabrın 11-də jurnalistlərə açıqlamasında bildirib. O, Bakıda keçirilən 1-ci Avropa-Azərbaycan İnvestisiya Konfransında sonra qeyd edib ki, bu günə qədər Azərbaycanda Avropa ölkələrinin iştirakı ilə 70-dən artıq birgə biznes tədbirləri keçirilib. Bugünkü tədbir isə Azərbaycanın bütün Avropa ölkələri ilə birgə keçirdiyi ilk konfransdır. Bugünkü konfransda Azərbaycan və Avropanı təmsil edən 300-dək biznes qurumlarının nümayəndələri iştirak edir:
«Azərbaycanla Avropa arasında çoxşahəli strateji əməkdaşlıq əlaqələri mövcuddur. Həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə Avropa İttifaqı Azərbaycanın mühüm tərəfdaşlarından biridir. Bu baxımdan Bakıda Avropa-Azərbaycan investisiya konfransının keçirilməsi bizim üçün çox önəmlidir və bu, əlaqələrin genişliyinin bariz nümunəsidir».
QEYRİ-NEFT İXRACI ARTACAQ
Nazir müavinin sözlərinə görə, Azərbaycanda işləyən Avropa şirkətləri tikinti-sənaye, alternativ enerji sahələrində, ticarət, bank sahəsi, kənd təsərrüfatında çalışır və «Avropa şirkətlərinin qabaqcıl təcrübəsindən, texnologiyalarından, nou-haularından (Know-how) bəhrələnirik».
Həsənova hökumətin qeyri-neft sektorunun inkişafı üçün yeni bazarların müəyyən edilməsi, yeni bazarlara çıxışın dəstəklənməsi tapşırığı verdiyini deyir, Avropa bazarının Azərbaycan üçün vacib bazar adlandırır:
«Ticarət dövriyyəmizin 45 faizə qədəri Avropa ölkələri ilədir. Avropa bizim ticarət üzrə strateji partnyorumuzdur. Əlbəttə, burada hal-hazırda neft məhsulları üstünlük təşkil edir. Ancaq iqtisadiyyatın diversifikasiyası gedir, bu imkan verəcək ki, Azərbaycan yeni-yeni məhsullarla Avropa bazarına qeyri-neft ixracını da artırsın. Bu, bizim üçün strateji hədəfdir».

«AVROPA BİRLİYİ AZƏRBAYCANIN ƏSAS STRATEJİ PARTNYORUDU»

Sevinc Həsənova deyib ki, Avropa Birliyi (AB) Azərbaycanın əsas strateji partnyoru, Azərbaycan da AB-nin enerji təhlükəsizliyi ilə bağlı etibarlı tərəfdaşıdır.
O, bu tərəfdaşlığa nümunə olaraq beynəlxalq layihələri və Trans Adriatıik Kəmərini (TAP) misal çəkib.
Ölkənin iqtisadi baxımdan getdikcə inkişaf etdiyini vurğulayan nazir müavini Azərbaycanın MDB-də ən rəqabətədavamlı bir ölkə olduğunu və beynəlxalq reytinq agentliklərinin də bu ölkəyə sabit və müsbət reytinq verdiyini bildirib:
«Son 10 ildə ÜDM 3,4 dəfə artmış, strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarına yaxınlaşmış, ölkə iqtisadiyyatına 132 milyard ABŞ dolları həcmində investisiya qoyulub».
Konfransda 12 ölkədən 190-dan çox iş adamının iştirak etdiyi deyilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG