Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:07

Rusiya BMT təhlükəsizlik şurasının təcili iclasını çağırıb


Foto arxiv

Foto arxiv

Rusiya Suriya ilə bağlı BMT təhlükəsialik şurasının təcili , qapalı iclasını çağırıb.Bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

Diplomatların sözlərinə görə, söhbət Suriyadakı kimyəvi silahların beynılxalq nəzarətə götürülməsi ilə bağlı Rusiyanın təklifindən gedir.

Amma Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı bəyan edib ki, bu plan yalnız Vaşinqtonun Suriyaya hərbi müdaxilə fikrindən daşınmasından sonra baş tuta bilər.

Ağ ev bundan əvvəl prezident Barack Obamanın Britaniya və Fransa ilə birlikdə Rusiya və Çinlə bu planın müzakirəsinə razıləq verdiyini bəyan eləyib.

Qeyd edək ki, Rusiyanın bu təklifini Suriya hökuməti də qəbul edir. Suriya həmçinin beynəlxalq müfəttişlərlə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib..

ABŞ Dövlət katibi John Kerry isə bundan əvvəl bəyan edib ki, Vaşinton Rusiyanın təklifini müzakirə eləməyə hazırdır, amma yekun qərarı çox gözləmək fikrində deyil.

ABŞ və bir sıra qərb ölkələri Suriya rejimini üsyançılarla döyüşdə kimyəvi silah işlətməkdə günahlandırırlar. Suriya hökuməti ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG