Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:37

Ucarda avtomobil qəzasında 15 nəfər xəsarət aldı


Foto: Arxiv
Foto: Arxiv
-
Sentyabrın 10-da Bakı-Ucar-Qazax magistralının 255-ci km-də, Ucar rayonunun Küçəkənd adlanan kəndə keçən ərazisində ağır avtomobil qəzası baş verib.

Bakı-Göyçay marşrutu üzrə hərəkət edən «Hyundai» markalı mikroavtobus «Kamaz» markalı ağırtonnajlı yük maşınını ilə üz-üzə qalaraq idarəetməni itirib. Bununla da yoldan 5 metrə uzaq məsafəyə yuvarlanıb. Mikroavtobus tam yararsız vəziyyətə düşüb və içərisində olan 18 şəxsdən sürücü də daxil olmaqla 15-i müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Xəsarət alan 15 nəfərdən biri Tərtər, digər 14 nəfər isə Göyçay rayon sakinləridir.

Sürücü Cavid Səlimzadə:

«Yolumla normal surətdə gəlirdim. Hava tutqun idi və qəflətən yoluma «Kamaz» çıxdı və idarə etməni itirdim. Başqa heç nə yadımda qalmayıb».

Ucar rayon Mərkəzi Xəstəxanasının həkimi Gündüz Qasımov isə baş verənlərlə bağlı AzadlıqRadiosuna bunları deyib:

«Onlardan hal-hazırda 3-nün vəziyyəti ağır olaraq qalmaqdadır. Ağır yol qəzası nəticəsində xəsarət olan digər 3 sərnişin isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müayinəyə buraxılıb».

Faktla bağlı BDYP istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
XS
SM
MD
LG