Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:00

Xarici İşlər Nazirliyindən İrana cavab: «Nizami Azərbaycan şairidir»


Gəncədəki Nizami məqbərəsi

Gəncədəki Nizami məqbərəsi

-
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev İran XİN-in sözçüsü Mərziyə Əfxəmin Nizami Gəncəvinin məqbərəsində aparılan təmir-bərpa işləri ilə əlaqədar bəyanatına münasibət bildirib.

E.Abdullayev APA-ya açıqlamasında Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu vurğulayıb: “O, Azərbaycanda anadan olub və Azərbaycan xalqının qürur mənbəyidir. Bu, hətta müzakirə predmeti də ola bilməz”.

Məlumatlara görə, Nizami Gəncəvinin Gəncədəki məqbərəsindən, fars dilində olan kitabların , Azərbaycan dilində olan kitablarla əvəz edilməsi İranda narazılıqla qarşılanıb.

Qeyd edək ki, İran XİN-in yeni sözçüsü Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi ilk mətbuat konfransında Azərbaycan hökumətinin Nizami Gəncəvinin məqbərəsindəki fars dilindəki kitabələri qaldırmasına da münasibət bildirib:

“Azərbaycanlılar mədəniyyət adı ilə bir iş görməyə çalışsalar da, bu addım mədəniyyətlə ziddiyyət təşkil edir.

Əgər mövzu şeirlərin fars dilindən türk dilinə tərcüməsidirsə, bu iş bir yenilikdir və dəyərlidir.

Əks təqdirdə, bu tərcümələr hansısa qüvvələrin təxribat və irqçilik məqsədinə xidmət edərsə, onda mədəniyyətlə ziddiyyət təşkil edər.

Ümid edirəm ki, Azərbaycan öz mədəniyyətinin inkişafına və dəyərinə İran mədəniyyətinin tərkib hissəsi kimi diqqət göstərər”.

Şərhləri göstər

XS
SM
MD
LG