Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:56

«Azərbaycan» nəşriyyatı ilə «Azadlıq» qəzeti arasındakı problemdən yeni məlumat


-
««Azadlıq» qəzetinin çapı dayanmayacaq».

Sentyabrın 10-da Mediaforum saytına açıqlama verən «Azərbaycan» nəşriyyatının direktor müavini Bəsti İsmayılova belə deyib.

Bəsti İsmayılova «Azadlıq» qəzetinə güzəşt ediləcəyini bildirib:

«Qəzetin çapı dayandırılmayacaq. Sadəcə, redaksiyaya şifahi xəbərdarlıq etmişik. Bu cür danışıqları vaxtaşırı aparırıq. Çünki 40 min manat çox böyük məbləğdir. Biz təsərrüfat hesablı kollektivik, əməkdaşlarımıza maaş verə, poliqrafiya materiallarını ala bilmirik. Bir qəzetin nəşriyyata 40 min manat borcu varsa, deməli, nəşriyyat müflisləşməyə doğru gedə bilər. Bu səbəbdən biz tez-tez xəbərdarlıq edirik. Dünənki şifahi xəbərdarlıq da bu tipli idi. Yenə də deyirəm ki, qəzetin çapı dayandırılmayacaq».

«Azadlıq» qəzetinin baş redaktor müavini Rahim Hacıyev isə Mediaforum saytına deyib ki, nəşriyyat redaksiyanın bir sutka ərzində 10 min manat ödəyə bilməyəcəyini çox yaxşı bilir:

«Hazırda qəzetimiz çox pis vəziyyətdədir. Necə gündür əməkdaşlarımıza heç cüzi məbləğdə də əməkhaqqı verə bilmirik. Nəşriyyat yaxşı bilir ki, biz heç o məbləğin yarısını toplaya bilmərik. Hər hansı məbləğin ödənilməsi üçün həmişə uzun vaxt qoyurdular. Ancaq bu dəfə birdən-birə 10 min manat tələb edilməsi hansısa təsirlərin nəticəsi ola bilər».

«Azərbaycan» nəşriyyatı «Azadlıq» qəzetinə borcundan 10 min manat ödəməsi üçün sentyabrın 10-na kimi vaxt qoyub.
XS
SM
MD
LG