Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 11:26

ABŞ Rusiyanın təklifini müsbət qarşılayır


Vladimir Putin və Barack Obama
Vladimir Putin və Barack Obama
Beynəlxalq Human Rights Watch təşkilatı Suriya hökumətinin avqustun 21-də Dəməşq ətrafında kimyəvi silah işlətməsinə ciddi sübutlar olduğunu bəyan edib. Təşkilatın yaydığı hesabatda bildirilir ki, bunu şahid ifadələri, kimtyəvi silahın qalıqlarından götürülmüş analiz və meyitlərin tibbi ekspertizası göstərir.

ABŞ hökumətinin ilkin məlumatında, bu hücumda 1400-dən çox adamın öldüyü bildirilirdi.ABŞ buna görə Suriya rejiminə qarşı hərbi müdaxilnin mümkünlüyünü götür-qoy edir.

Obama hökuməti eyni zamanda Suriyadakı kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi ilə bağlı Rusiyanın təklifini nəzərdən keçirir. Obama bazar ertəsi yerli televiziya kanallarına müsahibəsdində bunu müsbət inkişaf adlandırıb , amma qeyd edib ki, Suriya rejimi bunla taktikanı uzada, ləngidə də bilər.

Suriya hökuməti Rusiyanın dünənki təklifini müsbət qərşılayıb.
Hökumət həmçinin beynəlxalq müfəttişlərin işi davam etdirməsinə hazır olduğunu bildirib.
XS
SM
MD
LG