Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:44

Qərb bölgəsinin dindarları İlham Əliyevi dəstəkləyən bəyanat verib


-
Sentyabrın 10-da Gəncədə «Dövlət-din münasibətləri və maarifləndirmə işi» mövzusunda regional konfrans keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bildirir ki, tədbirdə Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, eləcə də fəal dindar və ilahiyyatçılar iştirak edib.

Komitə sədri Elşad İskəndərov dövlətin din siyasətinin pozitiv dünyəvilik əsasında qurulduğunu vurğulayıb. 2003-2013-cü illər ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidən qurma işləri aparıldığını, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikildiyini və ya əsaslı bərpa olunduğunu qeyd edib.

Gəncədə fəaliyyət göstərən dini icmaların təşəbbüsü ilə qarşıdan gələn prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat təqdim edilib. Bəyanat Qərb bölgəsinə daxil olan 12 rayonda fəaliyyət göstərən dini icma nümayəndələri tərəfindən qəbul olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG