Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:45
-
Prezident İlham Əliyev sentyabrın 10-da Yevlax hava limanının açılışında iştirak edib.

Hava limanında yenidənqurma işləri nəticəsində 2520 metr uzunluğunda, 40 metr enində, ümumi sahəsi 105 min kvadratmetr olan asfalt-beton örtüklü yeni uçuş-enmə zolağı salınıb. Əvvəllər isə uçuş-enmə zolağının uzunluğu cəmi 1200 metr idi.
İlham Əliyev həmçinin Yevlax Şəhər Mərkəzi Xəstəxanasının açılışında da iştirak edib. İnşasına 2012-ci ilin martında başlanan xəstəxananın ərazisi 4,3 hektar, tikinti sahəsi 18,6 min kvadratmetrdir. Buradakı 6 blokun üçü dördmərtəbəli, digər üç blok isə üçmərtəbəlidir.
Sentyabrın 10-da Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yolunun da açılış mərasimi keçirilib. Ümumi uzunluğu 25 kilometr olan yolun çəkilişinə bu ilin iyulunda başlanıb. Yolun tikintisinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. Artıq bu yolun 5,5 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb. Bu avtomobil yolu 8300 nəfərin yaşadığı 11 kəndi əhatə edir.
XS
SM
MD
LG