Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:20
-
Sentyabrın 17-də UNESCO-nun Parisdəki mənzil-qərargahında TÜRKSOY-un, Azərbaycanın və Qazaxıstanın UNESCO-dakı daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçiriləcək.

Xəbəri Mədəniyyət və Turizm İdarəsi Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinə istinadən yayıb.

UNESCO 2011-ci ildə «Arşın mal alan» operettasının 100 illiyini yubileylər siyahısına daxil edərək, onun beynəlxalq səviyyədə qeyd edilməsini qərara alıb.

Bayram tədbirləri çərçivəsində TÜRKSOY-un 20 illik fəaliyyətini və Üzeyir Hacıbəyli tərəfindən «Arşın mal alan» operettasının yaradılmasını əks etdirən fotosərgi, həmçinin bu səhnə əsəri ilə bağlı tamaşa-konsertin keçiriləcəyi nəzərdə tutulur.

Tamaşa-konsert Azərbaycanın Xalq artisti, professor Ağaverdi Paşayevin bədii rəhbərliyi altında Qazaxıstanın Qaraqanda Simfonik Orkestrinin müşayiəti, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə artistlərinin ifası ilə keçiriləcək.

Bayram tədbirlərində TÜRKSOY-un baş katibi Düsen Kaseinovun, UNESCO-nun baş direktoru İrina Bokovanın, Azərbaycanın Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyevanın, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyevanın və digər qonaqların iştirakı nəzərdə tutulub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG