Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:58

1-ci Avropa-Azərbaycan investisiya konfransı keçiriləcək


-
Sentyabrın 11-də Bakıda 1-ci Avropa-Azərbaycan İnvestisiya konfransı keçiriləcək. Bu, Azərbaycanda təşkil olunan ilk çoxtərəfli Avropa Biznes Forumu olacaq. Ona 12 ölkədən 220 biznes təmsilçisi qatılacaq. Avropa və Azərbaycan şirkətləri yeni layihələri, gələcək biznes imkanlarını müzakirə edəcək və yeni tərəfdaşlıqlar yaradacaq.
Konfrans Avropa Birliyinin sponsorluğu ilə, Alman-Azərbaycan Ticarət Palatasının Eastİnvest təşəbbüsü çərçivəsində təşkil olunur.
Konfransda kənd təsərrüfatı, informasiya kommunikasiyası və texnologiyası, neft və qaz, bərpaolunan enerji və davamlı tikintiyə dair ekspert panellərində Azərbaycanda biznes və investisiya imkanları müzakirə olunacaq.
Avropa Birliyinin yaydığı məlumatda deyilir ki, bu investisiya konfransı AB-nin Şərq Tərəfdaşlığı təşəbbüsünü yerinə yetirmək öhdəliyini əks etdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG