Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:31

Azərbaycanda yeni radio açıldı


-
"Auto FM" radiosu 107.7 tezliyində sentyabrın 9-dan texniki yayıma başlayıb. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) əsas yayıma oktyabrda start verəcək.
NİİM-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Auto FM" əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandırmaq, vətəndaşları birbaşa Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti barədə maarifləndirmək məqsədi daşıyır. "Auto FM" radiosunda ənənəvi informativ və əyləncəli xarakter daşıyacaq proqramlar, müxtəlif janrlı musiqi nömrələri də yayımlanacaq.
Mərkəzin baş direktoru Elnur Abdullayev bildirib: "Bütün dünyada Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzlərinin nəqliyyat məlumatlarını əhaliyə operativ çatdırmaq üçün radio kanalları mövcuddur. Artıq Azərbaycanda da bu praktikadan istifadə olunmağa başlanılıb və radionun fəaliyyəti daha çox sürücülərə və nəqliyyat istifadəçilərinə yönələcək."

Günün bütün mövzuları

XS
SM
MD
LG