Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:33

ALP Milli Şuradan çıxmayacağını bildirib


Cəmil Həsənli Milli Şura üzvləriylə birlikdə

Cəmil Həsənli Milli Şura üzvləriylə birlikdə

-
Demokratik Qüvvələrin Milli Şurasının (MŞ) prezidentliyə vahid namizədi Cəmil Həsənli ilə Liberal Partiyanın lideri Lalə Şövkət arasında görüş keçirilib. Bu haqda Turan-a ALP sədri Əvəz Temirxan məlumat verib. Onun sözlərinə görə, görüşdə bir çox məsələlər müzakirə obyekti olub.
Ə.Temirxan qeyd edib ki, L.Şövkət prezident seçkilərində C.Həsənliyə dəstək verəcəyini bildirib. Amma bu dəstəyin hansı formada olacağı yalnız seçki kampaniyası dövründə bəlli olacaq. Seçki kampaniyası dövründə vəziyyətə uyğun addımlar atılacaq. Görüş zamanı L.Şövkətin MŞ-dən çıxması məsələsi müzakirə obyekti olmayıb.
Prezidentliyə namizəd C.Həsənli isə görüş barədə qısa şərhlə kifayətlənib. O qeyd edib ki, görüşdə seçkiöncəsi duruma, ölkədəki vəziyyətə, MŞ ilə bağlı bəzi məsələlərə toxunulub. C.Həsənli səmərəli fikir mübadiləsi aparıldığını, Liberal Partiyanın MŞ-də qaldığını nəzərə çatdırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG