Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:17

İlham Əliyev dövlət başçısı səlahiyyətlərindən imtina edə bilərmi?


Elnur Aslanov

Elnur Aslanov

-
Azərbaycanın media icmalı:
ELNUR ASLANOV QLOBAL RƏQABƏTQABİLİYYƏTLİLİK İNDEKSİ BARƏDƏ
Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov «Azərtac» informasiya agentliyinə müsahibə verib. Onun sözlərinə görə, 2012-2013-cu illərin hesabatı ilə müqayisədə Azərbaycanın vəziyyətinin 7 bənd, 2010-2011-ci illərin hesabatı ilə müqayisədə isə 16 bənd yaxşılaşması Prezidentin iqtisadi və sosial siyasətinin səmərəliliyini və uğurlarını, milli rəqabətqabiliyyətliliyin möhkəmlənməsini, ölkənin və onun təsisatlarının iqtisadi artımın sabit tempini təmin etmək qabiliyyətini əks etdirir. Bu amillər sosial-iqtisadi siyasətin təkmilləşdirilməsi və ölkənin sürətli innovasiyalı inkişafı yolu ilə əldə edilir:
«Hələ bir neçə il bundan əvvəl biz ən rəqabətqabiliyyətli 50 iqtisadiyyatlar siyahısına daxil olmağın mümkünlüyünü müzakirə edirdiksə, bu gün Azərbaycan Prezidentinin sayəsində artıq dünyanın 40 ən səmərəli iqtisadiyyatları siyahısındayıq».
RƏSULZADƏNİN GƏNCƏ BÜSTÜ
Azərbaycan istiqlalının banisi M. Ə. Rəsulzadənin Gəncədəki son büstü də götürülə bilər. Bu barədə musavat.com-a Gəncə sakini, Müsavat Partiyasının Məclis üzvü Cahangir Əmirxanlı məlumat verib. Redaksiyamıza göndərdiyi müvafiq fotoya izahat verən C. Əmirxanlı deyib:
M. Ə. Rəsulzadənin Gəncədəki büstü (Foto: musavat.com)

M. Ə. Rəsulzadənin Gəncədəki büstü (Foto: musavat.com)

«Bu şəkil Gəncədə, Dəmiryolçular parkında çəkilib. Ağ - qara parça ilə bükülmüş büst M.Ə. Rəsulzadənin Gəncədəki yeganə büstüdür! Arxada görünən tikinti isə o büstün 5-7 metrliyində tikilmiş restorandır. Hər şeydən görünən budur ki, bu restoranı orada tikməklə böyük öndərin büstünü ləğv etmək istəyirlər”. C. Əmirxanlı deyir ki, hətta M.Ə. Rəsulzadənin doğum günündə həmin ərazini bağlayıb, büstün üstünə əklil qoyulmasına polis gücünə imkan verməmişdilər».
YENƏ SÖKÜNTÜ VƏ NARAZILAR
«Azadlıq» qəzeti metro stansiyasının tikintisinə görə sökülən evlərdən yazır. Belə ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 31/26 ünvanında, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) arxasında olan mənzillər sökülür. Söküntünün səbəbisə Metropoliten üçün tikilən «Depo»dur. Ev sahibləri isə söküntüyə deyil, onlara verilən kompensasiyanın azlığına etiraz edir. Qəzet yazır ki, ABU-nun da artıq bir hissəsi sökülüb. Düzdür, universitetin giriş qapısı sökülməsə də, emblemi yerində qalsa da, hələ ki, söküntü işləri içəridə gedir. Ərazi qazılır. Fəhlələr deyir ki, universitetin kiçik bir hissəsi «Depo»nun ərazisinə düşüb: «Həmin yerdə işlər gedir. O biri hissələr hələ ki sökülməyib». Burada 240 ailə yaşayırdı, çoxu köçüb, 10-12 ailə Metropolitenin verdiyi pulu qəbul etmir.
Mübariz Qurbanlı

Mübariz Qurbanlı

PREZİDENTLİYƏ NAMİZƏD PREZİDENT
YAP icra katibinin müavini Mübariz Qurbanlının fikrincə, prezidentliyə namizədin dövlət başçısı kimi fəaliyyəti heç bir qanuna zidd deyil. «Yeni Azərbaycan» qəzeti deputatın fikirlərini dərc edib. Deputatın «Siyasi mübarizədə nihilist və məntiqsiz mövqe nümayiş etdirən radikal müxalifətin «başbilənləri» bu dəfəki seçkilərdə bu tipli əcaib təklifləri ilə özlərini çox gülünc vəziyyətdə qoyublar. Axı harada yazılıb ki, prezidentliyə namizəd olan hazırkı prezident dövlət başçısı səlahiyyətlərindən imtina etməlidir?»
Politoloq Hikmət Hacızadə «Bizim yol» qəzetinə müsahibəsində ABŞ nümayəndə heyətinin Bakıya səfərinin təxirə salınmasını belə şərh edir: «Bu, sadəcə Amerikaya meydan oxumaqdır ki, «aeroportlarımızdan istifadə edirsiniz, bəsinizdir, bizim istəmədəyimiz mövzularda danışmaq üçün gəlməyin». Düşünürməm ki, düşünülmüş addım deyil və hökumət üçün yaxşı heç nə vəd etmir».
ƏFV KOMİSSİYASI DAİM İŞLƏYİR
Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Bəxtiyar Əliyev sözügedən komissiyanın bu yaxınlarda keçirilən iclası haqda «Media forum» saytına bildirib ki, məhkumların ərizələrinə baxılma prosesi heç vaxt yekunlaşmır: «Çünki ərizələr dayanmadan daxil olur. Vətəndaş ərizəni nə vaxt komissiyaya göndərsə, həmin gündən ərizə üzrə proses başlanır». Prezident seçkisi, yaxud Qurban bayramı ərəfəsində yeni əfv sərəncamının veriləcəyi gözlənirmi? Suala Bəxtiyar Əliyev belə cavab verib:
«Əsasnamədə nəzərdə tutulmayıb ki, əfv bayram günləri, yaxud hansısa tarixi hadisələrlə bağlı olmalıdır. Bu sadəcə olaraq konstitusion bir normadır. Buna görə də komissiyaya müraciətlər daxil olduqca baxılır və hər biri haqqında qərar qəbul olunur. Qərar əsasında komissiya öz rəyini dövlət başçısına göndərir. Amma hansı məhkumu əfv etmək artıq dövlət başçısının səlahiyyətindədir. Son qərarı, son sözü prezident deyir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG