Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:13

İlqar Məmmədovun imza vərəqələri MSK-ya təqdim olunub


İlqar Məmmədov

İlqar Məmmədov

Hazırda həbsdə olan Real hərəkatının sədri, prezidentliyə namizəd İlqar Məmmədova dəstək olaraq toplanmış 41 247 imza MSK-ya təqdim edilib.

Bu barədə Turan-a onun səlahiyyətli nümayəndəsi Xalid Bağırov məlumat verib.Onun sözlərinə görə, MSK 7 gün ərzində İlqar Məmmədovun namizədliyinin təsdiq edilməsi məsələsinə baxmalıdır.

İlqar Məmmədov bu il yanvarın 23-24-də İsmayıllıda icra başçısının istefası ilə nəticələnən hadisələrə görə həbs edilib. O ictimai asaişi pozmaq və vətəndaşları kütləvi iğtişaşlara çağırmaqda ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG