Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:02
-
Sentyabrın 8-də 13 gəncdən ibarət «Başla» Hərəkatı özlərinin tərcümə etdikləri üçüncü kitabı oxucularına təqdim edib.

«Başla Kitab» layihəsi çərçivəsində çap olunan Buddanın «Dhammapada» əsəri ingilis və rus dillərindən müqayisəli tərcümə olunub:

«Düşmən düşməninə, yaxud nifrətli nifrətliyə nə edir etsin, yanlış yönəlmiş fikir daha betərini etmək iqtidarındadır. Ana, ata, yaxud başqa bir qohum nə edir etsin, doğru yönəlmiş fikir daha yaxşısını etmək iqtidarındadır». Bu fikirlər Şərq müdrikliyinin ən zəngin xəzinələrindən sayılan «Dhammapada»dandır. Budda (Sidharta Qautama) hesab edir ki, insan düşündüyünə bərabərdir. Onun fəlakəti də, səadəti də düşüncələrinə bağlıdır.

Azərbaycan oxucusuna ilk dəfə təqdim olunan əsər insanı dərin özünütəftişə, özünümüşahidəyə və özünüdərkə səsləyir. Kitabın tərcüməsini Dr. Müşfiq Şükürov edib, redaktor isə Ümid Əhmədovdur.

«Başla» Hərəkatı 5 dost tərəfindən 2012-ci ildə yaradılıb. İlk olaraq maarifləndirici videolar tərcümə edən gənclər sonradan yazılar da tərcümə etməyə başlayıblar. Çap etdikləri ilk kitab Lev Tolstoyun «Etiraf», ikinci Vilhelm Reyxin «Dinlə, Kiçik Adam» kitabı olub.

Buddanın «Dhammapada» kitabı isə gənclərin üçüncü işidir.

«Başla Kitab» layihəsi çərçivəsində sıra ilə müxtəlif kitabların tərcüməsi həyata keçiriləcək.
XS
SM
MD
LG