Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:07

Azərbaycan xöşbəxtlik indeksində 156 ölkə arasında 116-cıdır


hesabat sənədinin üz qabığı.

hesabat sənədinin üz qabığı.

-


Xoşbəxtlik, həyatdan həzz almaq istəyənlər Qərbi Avropa ölkəlkərinə üz tutsunlar, amma Misir və böhran içində olan avrozona ölkələrindən kənar qaçsınlar. Bu barədə ABŞ-dakı Kolumbiya Universitetinin sentyabrın 9-da yaydığı 2013-cü ilə dair Dünya Xoşbəxtlik İndeksində deyilir.

Danimarka, Norveç, İsveçrə və Hollandiya 156 ölkə arasında ən xoşbəxtlər məkanı hesab edilib. Bu ölkələr siyahının lap yuxarısında qərar tutublar.

Ruanda, Burundi, Mərkəzi Afrika Respublikası, Benin isə ən bədbəxtlər sırasında olub.

Keçmiş sovet respublikalarından Azərbaycan siyahıda 116-cı, Ermənistan 128-ci, Gürcüstan 134-cü, Rusiya 68-ci, Qazaxıstan 57-ci, Özbəkistan 60-cı, Belorus 66-cı sırada qərarlaşır.

Azərbaycan Qafqazda hamıdan irəlidə göstərilsə də Özbəkistan, Belorus, Qazaxıstan kimi respublikalardan geridə gəlir.

Bu siyahıya görə İranda da (115-ci yer) insanlar Azərbaycandan daha xoşbəxtdirlər.

Siyahı ilə aşağıda tanış ol:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG