Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:47

Obama Dağlıq Qarabağ haqda yazdı


 Barack Obama
Barack Obama
ABŞ prezidenti Barak Obama ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri James Warlick-in (Ceyms Uorlik) Bakıya ilk gəlişi münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Obama məktubda James Warlick-i dəstəklədiyini və bu təyinatın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ABŞ-ın sadiqaliyinin göstəricisi olduğunu bildirir.

“Ümidvaram ki, səfir James Warlick zəngin diplomatik təcrübəsi və hökumətinizin irəliləyişə nail olmaq arzusu həmsədrlərin işinə və sülh prosesinə yeni təkan verəcək. Mən gələn aylar ərzində Ermənistanla birbaşa dialoq imkanlarından yararlanmağınızı və danışıqlarda hazırkı çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün həmsədrlərin vaxtından və bacarığından istifadə etməyinizi dəstəkləyirəm. Artıq danışıqlarda müəyyən edilmiş kompromis çərçivəsində regionda sülhün bərqərar olunması üçün yeni səylərin göstərilməsi vaxtı yetişib"-deyə məktubda bildirilir.
XS
SM
MD
LG