Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:57

14 namizəd qaldı


-
Prezidentliyə iddiaçıların imza vərəqələrini MSK-ya təqdim etməsi üçün qoyulan müddət sentyabrın 9-u saat 18-də başa çatıb.

Müddət baryerini 14 iddiaçı keçə bilib. İmza vərəqlərini vaxtında MSK-ya təqdim edənlər bunlardır: Əhməd Oruc, İqbal Ağazadə, Fuad Əliyev, Əli Əliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev, Fərəc Quliyev, İlyas İsmayılov, İlqar Məmmədov, Cəmil Həsənli, Sərdar Cəlaloğlu, İlham Əliyev və Zahid Oruc.

MSK indiyədək İlham Əliyev, İqbal Ağazadə və Zahid Orucun imza vərəqələrini yoxlayaraq onların namizədliyini qeydə alıb.

Ümumilikdə, 21 nəfər prezidentliyə namizədliyini irəli sürmüşdü. Onlardan bir neçəsi İlham Əliyevin xeyrinə namizədliyini geri götürüb. İlqar Altay açıqlamadığı səbəblərdən seçki marafonundan çəkildiyini bildirib, Ərəstun Oruclu isə yetərincə imza toplamadığını deyib.

Oktyabrın 9-da Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək.
XS
SM
MD
LG