Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:50
-
Bu ilin oktyabrında Bakıda «Kainat» Gənclik Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin iştirakı ilə V Beynəlxalq uşaq muğam festivalı keçiriləcək.

Mədəniyyət və Turizm İdarəsinin «Kainat» Gənclik Mərkəzinə istinadən yaydığı xəbərə görə, festivalda 11 ölkə - Azərbaycan, Türkiyə, Əfqanıstan, Misir, İran, Hindistan, İraq, Özbəkistan, Tacikistan, Qazaxıstan, Türkmənistan ifaçıları təmsil olunacaqlar.

İran və Əfqanıstan bu yaradıcılıq müsabiqəsində ilk dəfə iştirak edəcək.

Beynəlxalq Muğam Mərkəzində gerçəkləşəcək tədbirə qatılacaq 16 yaşınadək ifaçıların çıxışlarını beynəlmiləl tərkibli münsiflər heyəti qiymətləndirəcək.

Hazırda Azərbaycan üzrə son seçim turlarının hazırlıq işləri yekunlaşmaq üzrədir.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə təşkil olunacaq bu seçimlərdən sonra Azərbaycandan müsabiqəyə qatılacaq heyət müəyyənləşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG