Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:32

Yoxa çıxmış kişini 5 aydan sonra mağarada tapdılar


Raul Gomez Cincunegui xəstəxanada

Raul Gomez Cincunegui xəstəxanada

-
5 aydır And dağında itkin düşmüş 58 yaşlı uruqvaylı kişi xilas edilib.

Rəsmilər deyirlər ki, Raul Gomez Cincunegui 4500 metr hündürlükdə yerləşən dağ mağarasında tapılıb.

Cincunegui xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətini yaxşı qiymətləndirirlər. Amma macəraçının çox susuz qalması səhhətinə təsir edib. O, 20 kq itirib.

Gomez motosikletlə Çilidən Argentinaya səfər edirmiş. Yolda motosikleti xarab olduğu üçün o, səfərini piyada davam etdirməyə qərar veribmiş.

Amma güclü qar yağandan sonra yolu itirib.

Gomez bu 5 ayda mağarada qalıb, üstündə olan şəkər və üzümlə dolanıb. O, mağarada siçovul da yeməyə məcbur olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG